İQTİSADİYYAT


On ayda Gömrük Komitəsinə 1,9 milyon elektron müraciət daxil olub

Bakı, 21 noyabr, AZƏRTAC

2018-ci ilin yanvar-oktyabr ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 983 min 194 elektron müraciət daxil olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir.

Həmçinin bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinə 253 min 862 müraciət daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.