İQTİSADİYYAT


On ayda İpoteka və Kredit Zəmanət Fondunun xəttilə ən yüksək məbləğdə ipoteka krediti verilib

Bakı, 26 oktyabr, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 2021-ci ilin 10 ayı ərzində vətəndaşlara qurumun fəaliyyət dövrü ərzində illər üzrə ən yüksək məbləğdə və sayda ipoteka krediti verilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, İKZF-nin xətti ilə cari ilin yanvar ayından bu günədək müvəkkil banklar tərəfindən 4538 sayda 300 milyon manat məbləğində ipoteka kreditinin verilməsi təmin edilib.

Ümumilikdə, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 940 milyon manatı, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.