İQTİSADİYYAT


On ayda büdcənin icrasında ümumi daxili məhsulun 0,1 faizi qədər profisit yaranıb

Bakı, 22 noyabr, AZƏRTAC

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 20 milyard 234,2 milyon manat, xərcləri 20 milyard 184,7 milyon manat təşkil edib, büdcənin icrasında 49,5 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,1 faizi qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, doqquz ayda dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 17 milyard 948,6 milyon manat, xərcləri isə 17 milyard 712,1 milyon manat təşkil edib. Daxilolmaların 21,65 faizi əlavə dəyər vergisi, 12,72 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,52 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,82 faizi fiziki şəxslərin gəlir vergisi, 4,43 faizi aksizlər, 1,21 faizi sadələşdirilmiş vergi, 1,99 faizi vergilərin digər növləri, 47,66 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 19,13 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 17,67 faizi təhsil və səhiyyənin, 15,39 faizi ümumi dövlət xidmətlərinin, 14,42 faizi sosial müdafiə və sosial təminatın, 7,76 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 25,63 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.