İQTİSADİYYAT


On ayda dəmir yolu ilə 5,7 milyon ton yük daşınıb

Bakı, 3 dekabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 709,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 496,7 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 585,3 min ton yükün dəyəri 879,4 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 124,2 min ton, dəyəri isə 1 milyard 617,3 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.