İQTİSADİYYAT


On ayda rabitə xidmətlərinin dəyəri 8,8 faiz artıb

Bakı, 28 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 530,3 milyon manatlıq xidmət göstərib ki, onun da 72,8 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 8,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 46,9 faizi və ya 718,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.