ELM VƏ TƏHSİL


On beş azərbaycanlı Türkiyənin təqaüd proqramı çərçivəsində doktoranturada təhsil almaq imkanı qazanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

On beş azərbaycanlı 2021-2022-ci tədris ili üzrə “Türkiyə bursları” çərçivəsində qardaş ölkənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüdə layiq görülən 15 nəfər iqtisadiyyat, tibb, kompüter elmləri, mühəndislik və təbiət elmləri ixtisas istiqamətləri üzrə Ankara, Bursa Uludağ, İstanbul, Ege, Yıldız Texniki, Qazi universitetləri və digər ali məktəblərdə təhsil alacaqlar.

Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan 2021-ci il yanvarın 16-da verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.