On bir ay üzrə sığorta bazarının göstəriciləri açıqlanıb
AzerTAg.az
Bakı, 20 dekabr, AZƏRTAC
Yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 663.9 milyon manat məbləğində sığorta haqları toplanıb, 224.1 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 485.3 milyon manat, ödənişlər isə 162.4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 178.6 milyon manat, ödənişlər isə 61.7 milyon manat olub.
2018-ci ilin yanvar-noyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.1 faizi könüllü, 26.9 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72.5 faizi könüllü, 27.5 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.

Xəbərin mətnində orfoqrafik səhv var