İQTİSADİYYAT


On bir ayda dövlət qeydiyyatından keçən qurumların 9,3 faizi xarici investisiyalı müəssisələrdir

On bir ayda dövlət qeydiyyatından keçən qurumların 9,3 faizi xarici investisiyalı müəssisələrdir

Bakı, 8 dekabr, AZƏRTAC

Yanvar-noyabr ayları ərzində 10 min 769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5 faiz çoxdur.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 90,7 faizi yerli investisiyalı, 9,3 faizi xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 82,8 faizi elektron qaydada, 17,2 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2529-nun (ümumi qeydiyyatın 23,5 faizi) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7 faiz təşkil edib.

Ötən ilin mart ayından etibarən başlanan 1 illik azalma dövründən sonra ardıcıl doqquz ayda (2021-ci ilin mart-noyabr ayları) qeydiyyatın sayında artım müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.