İQTİSADİYYAT


On bir ayda ölkədən 6,5 milyard kubmetr təbii qaz ixrac olunub

Bakı, 15 dekabr, AZƏRTAC

Bu ilin on bir ayında Azərbaycandan 6 milyard 450 milyon 694 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-noyabr aylarında ixrac olunan təbii qazın dəyəri 1 milyard 256 milyon 132 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, keçən ilin eyni aylarında ölkədən 6 milyard 894 milyon 305 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 1 milyard 156 milyon 19 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.