CƏMİYYƏT


On bir kiloqramdan çox müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 4 may, AZƏRTAC

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 3-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dörd fakt üzrə 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunmuş Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar İsmayılovdan 0,672 qram marixuana götürülüb. A.İsmayılova narkotik vasitəni satmış həmyerlisi Kamil Hüseynov da saxlanılıb. Onun evinə baxış zamanı 2 kiloqram 11,671 qram marixuana götürülüb.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılıb. Ondan 450 qram marixuana götürülüb.

Şəki Şəhər-Rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri məlumat əsasında şəhər sakini Rövşən Vahidovun evinə baxış zamanı 306,7 qram marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.