CƏMİYYƏT


On doqquz adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb

Bakı, 17 may, AZƏRTAC

“Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyatı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mayın 3-dən 8-dək ümumilikdə 19 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub.

Qeydiyyata alınan baytarlıq preparatlarından 4-ü Rusiya, 2-si İspaniya, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i Polşa, 1-i İran, 10-u isə Türkiyə istehsalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.