ELM VƏ TƏHSİL


On doqquz nəfər TOEFL iBT imtahanı verib

Bakı, 28 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı təşkil olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 3 əcnəbi olmaqla, ümumilikdə 19 nəfər iştirak edib. İştirakçılar imtahanın nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının iyulun 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.