İDMAN


On doqquz yaşlı futbolçulardan ibarət milli komandamız yoldaşlıq oyununda qələbə qazanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 25-də növbəti yoldaşlıq oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Şimali Makedoniya Respublikasının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb. Millimizin heyətində Camal Cəfərov və Elçin Qasımov fərqləniblər. Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.