DÜNYA


On doqquz yaşlı pakistanlı dünyanın ikinci ən hündür dağına çıxan gənc alpinist olub

İslamabad, 28 iyul, AZƏRTAC

Pakistanlı 19 yaşlı alpinist-tədqiqatçı Şaxroz Kasif dünyanın ikinci ən hündür K2 dağına çıxaraq rekord qazanıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Şaxroz Kasif bu dağa çıxan ən gənc alpinist kimi qeydə alınıb.

Alpinist-tədqiqatçı bu il may ayının 11-də dünyanın ən hündür dağı - Everestə qalxaraq bu zirvəyə çıxan altıncı gənc alpinist olub.

Şaxroz Kasif 11 yaşından alpinizmlə məşğuldur və indiyədək hündürlüyü 3 min metrdən 8 min metrədək olan çoxsaylı dağlara çıxıb.

Xatırladırıq ki, Pakistan-Çin sərhədində yerləşən K2 dağının hündürlüyü 8849 metrdir.

Alpinistlərin fikrinə görə, K2 dağına çıxmaq Everestə qalxmaqdan çətindir və K2-yə çıxan hər dörd nəfərdən biri ölür.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.