CƏMİYYƏT


On dörd gün ərzində Cocuq Mərcanlıda doqquz partlamamış hərbi sursat aşkarlanıb

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) noyabrın 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 43 min 616 kvadratmetr ərazi tam təmizlənib, 22,4 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edib.

On dörd gün ərzində doqquz partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi, üç ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və bir piyada əleyhinə mina (OZM-72) aşkarlanıb. Cəmi 393 min 146 kvadratmetr ərazi tam təmizlənib, 129,3 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 30-dək, ümumilikdə, 7528 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 5 milyon 275 min 788 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.