DÜNYA
On iki yaşlı oğlan Meksika Milli Avtonom Universitetinin tələbəsi oldu
Bakı, 3 avqust, AZƏRTAC
Fitri istedada malik, 12 yaşı yenicə tamam olmuş oğlan Meksika Milli Avtonom Universitetinin (UNAM) tələbəsi oldu.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, UNAM-ın yaydığı məlumata görə, Karlos Antonio Santamariyanı 9 yaşından universitetdə tanıyırlar. O, universitetdə kursları uğurla dinləyib, analitik kimya, biokimya və molekulyar biologiya üzrə dərəcə alıb. Karlos Antonio Santamariya valideynin əlindən tutaraq gətirdiyi yeganə tələbə olacaq.
Ali məktəbə qəbul edilmək məqsədilə Santamariya orta məktəbdə kamal attestatı almaq üçün ekstern imtahan verib. “Mən, sadəcə, oxumaq istəyirəm. Onlar məni qapıdan qoymasalar, pəncərədən girəcəyəm”, - deyə azyaşlı tələbə bildirib.
Təbriklərə ABŞ-ın Meksikadakı səfiri də qoşulub, oğlanı “Meksikanın istedadı və dahisi” kim dəyərləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]