MƏDƏNİYYƏT


On ikinci Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu elan edilib

Bakı, 3 avqust, AZƏRTAC

Bakıda keçiriləcək 12-ci Beynəlxalq Qısa Filmlər Festivalında yerli və əcnəbi rejissorlar üçün film qəbulu elan olunub. Festivala filmlərin qəbulu avqustun 25-nə kimi aparılacaq.

Festivalın Təşkilat Komitəsindən AZƏRTAC-a bildirilib ki, festival noyabrın 12-dən 16-dək keçiriləcək. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.

Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul mükafatı təqdim ediləcək.

Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 min manat təşkil edir.

Festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək. Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq.

Xatırladaq ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalına hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.