İQTİSADİYYAT


On iqtisadi rayon üzrə 60 “KOB Dostu” şəbəkəsi yaradılacaq

Bakı, 10 aprel, AZƏRTAC

Ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları (“KOB Dostu”) şəbəkəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mühüm strateji layihələrindəndir və agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. Hazırda agentliyin ölkənin 11 rayonunda KOB dostları fəaliyyət göstərir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, KOB dostları həmin rayon və şəhərlərlə yanaşı, ətraf rayonlardan olan sahibkarlara da xidmət edir. Ümumilikdə, 10 iqtisadi rayon üzrə 60 "KOB Dostu” şəbəkəsinin yaradılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.