CƏMİYYƏT
On milyonuncu sakinin anadan olması münasibətilə Nərimanov rayonunda ağacəkmə aksiyası və fləşmob təşkil edilib
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının on milyonuncu sakininin anadan olması münasibətilə aprelin 7-də Nərimanov Rayon İcra Hakimiyyəti ağacəkmə aksiyası təşkil edib.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, Bakı Metropoliteninin yeni təmir olunmuş Bakmil stansiyasının yaxınlığında, 1300 kvadratmetr ərazidə iqlimə uyğun 500 ağac əkilib. Aksiyada 250 nəfər iştirak edib.
x x x
Həmin gün Nərimanov Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fləşmob təşkil edib. İki yüzdən çox gəncin iştirak etdiyi fləşmob Heydər Əliyev Mərkəzinin qarşısında Azərbaycanın 10 milyonuncu sakininin anadan olması münasibətilə keçirilib.