DÜNYA


On səkkiz il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsi anılır

İstanbul, 17 avqust, АZƏRTAC

Türkiyənin Mərmərə bölgəsində 1999-cu il avqustun 17-də baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsi anılır.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar 18 il əvvəl gecə saat 03.02-də Rixter cədvəli ilə 7,4 bal gücündə baş vermiş yeraltı təkanın qurbanlarının xatirəsinə ucaldılmış abidələrin qarşısında və zəlzələ qurbanlarının uyuduqları məzarlıqlarda anma mərasimləri keçirilir. Zəlzələ qurbanlarının dəfn olunduqları kütləvi məzarlıqda onların ruhuna dualar oxunub, məzarları önünə gül-çiçək dəstləri düzülüb.

Xatırladaq ki, bu zəlzələdə 17,480 nəfər həyatını itirib, 23,781 nəfər yaralanıb, 505 şəxs ömürlük şikəst olub, 285,211 ev tamamilə dağılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.