İDMAN


On yeddi yaşadək şahmatçılar arasında keçirilən ikinci beynəlxalq “Təhsil” kuboku yarışına yekun vurulub

Bakı, 9 may, AZƏRTAC

On yeddi yaşadək şahmatçılar arasında ikinci beynəlxalq “Təhsil” kuboku yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən turnirdə 24 ölkədən 190 şahmatçı iştirak edib. Onlayn keçirilən yarışın finalında Azərbaycanın 12 şahmatçısı mübarizə aparıb.

Yekun nəticələrə görə, özbəkistanlı Javoxir Sindarov 8 xalla birinci yeri tutub. Azərbaycan təmsilçisi Xəzər Babazadə 7,5 xalla ikinci pillədə qərarlaşıb. Hindistanlı Raunak Sadhvani isə 7 xalla üçüncü yerə sahib olub.

Turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilib.

Yarışın təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların təcrübələrinin artırılmasından ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.