İDMAN


On yeddi yaşadək şahmatçılar arasında onlayn şahmat turnirinin qalibləri müəyyənləşib

Bakı, 19 yanvar, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 17 yaşadək şahmatçılar arasında onlayn şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət olan yarışda Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Quba, Şəki, Göyçay, Mingəçevir, Zaqatala, Samux, Balakən, Neftçala və Şabran təmsilçiləri də iştirak ediblər.

Turnirdə, eyni zamanda, dünya, Avropa və respublika birinciliklərinin mükafatçıları və iştirakçıları da mübarizə aparıblar.

Ümumilikdə 150-dən artıq şahmatçının qatıldığı yarışın qalibi İsmayıl Qurbanov (6,5 xal, Bakı) olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq, Uğur İlyaslı (6,5 xal, Sumqayıt) və İbrahim Seyidov (6 xal, Quba) layiq görülüblər.

Qızlar arasında ən yüksək nəticəni Səbinə Rzalı (6 xal) göstərib. Sonrakı pillələrdə 5 xalla Sumqayıt təmsilçiləri Aytac Kərimli və Nurtən Nuruyeva qərarlaşıblar.

İlk üç yeri tutan şahmatçılar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.