İDMAN


On yeddi yaşlı futbolçu Ronaldonun rekordunu yeniləyib

Bakı, 3 iyul, AZƏRTAC

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Joelson Fernandeş “Yuventus”un ulduzu Kriştiano Ronaldonun rekordunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, hücumçu buna Portuqaliya çempionatının XXIX turunda “Jil Visente” ilə matçda nail olub. Fernandeş 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib.

Ronaldo isə “Sportinq”də İtaliya “İnter”inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.