CƏMİYYƏT


Onlar bizim sabahımızdır...

Bakı, 22 dekabr, AZƏRTAC

Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı bayram tədbirində rayondakı 11 və 268 nömrəli xüsusi məktəblərdə təhsil alan əlil uşaqlar, həmçinin şəhid, Qarabağ müharibəsi veteranlarının və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən olan 400-dən artıq uşaq iştirak edib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları teatrın foyesində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqları salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edib.

Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəngarəng bayram konserti iştirakçılarin marağına səbəb olub. Bayram şənliyi Şaxta baba, Qar qız və nağıl qəhrəmanlarının uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam edib. Tədbirdə iştirak edən hər bir uşağa rayon icra hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.