MƏDƏNİYYƏT


Onlar həm rəsm əsərləri çəkəcək, həm də yaşıllıq guşələri yaradacaqlar...

Bakı, 11 fevral, AZƏRTAC

“Art Villa” rəsm qalereyasında “H.E.Art” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb. Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar dayanıqlı inkişaf məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar.

Bu sözləri AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının direktoru Dadaş Məmmədov deyib.

“Dayanıqlı inkişaf məqsədləri yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilib. Təşəbbüsü təşkilatçı tərəflərlə yanaşı, Mədəniyyət Nazirliyi də dəstəkləyir. Yerli sakinlər və xarici qonaqların istifadəsinə açıq parkda Azərbaycan dövlətinin dünya ölkələri ilə olan dostluğunu əks etdirmək üçün müxtəlif səfir və nümayəndəliklər tərəfindən ağaclar əkiləcək. Parkın incəsənət nümunələrinin təqdim olunması ilə yanaşı, çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bir məkan kimi istifadəsi nəzərdə tutulur”, - deyə D. Məmmədov söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.