İQTİSADİYYAT


Onlayn İctimai Nəzarət Platforması: 9 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılmasında fəaldır

Bakı, 9 dekabr, AZƏRTAC

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) sentyabr-noyabr aylarında “enezaret.az”a daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlərin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirib.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsinin tərəfdaşı “MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə foto və video sübutu olan boru sızmasının, məişət tullantılarının daşınmamasının, yolun səthinin zədələnməsinin, ağacların aşmasının, açıq lük və digər problemlərin aidiyyəti dövlət orqanlarına yönləndirildiyini və onların həllinə nail olunduğunu qeyd edib.

O söyləyib ki, ikinci rübün nəticələrinə görə daxil olmuş müraciətlərin təxminən 70 faizi öz həllini tapıb: “Nəticələrə əsasən 9 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılmasında fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunub. Bunlar “Azərsu” ASC, Bakı şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir”, - deyə şirkət rəhbəri əlavə edib.

E-nəzarət platforması USAID tərəfindən maliyyələşən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən ECSOFT layihəsi çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.