ELM VƏ TƏHSİL


Onlayn beynəlxalq konfrans: Məhtimqulu və türk dünyası

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 25-də Türkmənistanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Məhtimqulu və türk dünyası” onlayn beynəlxalq konfrans keçiriləcək.

Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, Məhtimqulu Fəraqinin poeziya günü münasibətilə keçirilən konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistan Elmlər Akademiyası və Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndələri iştirak edəcəklər.

Onlayn konfransda Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.