REGİONLAR


Onlayn musiqi müsabiqəsinin qalibləri məlum olub

Ağcabədi, 22 may, AZƏRTAC

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən 28 May – Respublika Gününə həsr edilmiş onlayn musiqi müsabiqəsinin qalibləri məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə iştirakçıları vətənpərvərlik mövzusunda musiqi ifa edərkən çəkilmiş videoları mayın 19-21-də elanda qeyd edilmiş WhatsApp nömrəsinə göndəriblər. 32 nəfərin iştirak etdiyi müsabiqənin yekununda Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin müəllimi Tünzalə Abışzadə birinci, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəllimi Röyal Qəribov ikinci, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəllimi Pərvin Niyazova üçüncü yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.