ELM VƏ TƏHSİL


Onlayn respublika müsabiqəsi: Qarabağın musiqi tarixi – aşıq sənəti

Bakı, 1 dekabr, AZƏRTAC

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, bu sənətin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qədim və müasir el havalarının öyrənilməsi və qorunması və bu işlərin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.

Müsabiqənin 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə 18-20 yaşarası gənclərin də qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak etmək və həmin nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim etmək olar. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.

Yarışmaya qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə dekabrın 30-dək [email protected] elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlamaq olar.

Qaliblər 2021-ci ilin mart ayında elan olunacaq. Onlar diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.