ELM VƏ TƏHSİL


Onlayn seminar: Müasir dövrdə xarici dillərin tətbiqi problemlərinə kommunikativ yanaşma

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Müasir dövrdə xarici dillərin tətbiqi problemlərinə kommunikativ yanaşma” mövzusunda onlayn elmi-praktik seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, məqsəd xarici dillərin tətbiqi problemlərinə kommunikativ yanaşmaq, xarici dillərin istifadə və ifadə qabiliyyətlərini yüksək səviyyədə təqdim etmək, müəllimin peşəkar erudisiyası, yaradıcılıq orijinallığı, pedaqoji bacarığı və nitq mədəniyyətinə sahib olmaqla yanaşı ünsiyyət bacarıqlarını da formalaşdırmaqdır.

Seminarda mövzu ilə bağlı müxtəlif dillərdə təqdimatlar edilib, xarici dillərin tətbiqi problemlərinə aid müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Tədbirdə Xarici dillər kafedrasının müdiri Səbinə Alməmmədova mövzu ətrafında təqdimatla çıxış edib. Sonra AzTU-nun tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov kafedranın işində keyfiyyətin artırıldığını bildirib və uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli, Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva, AzTU-nun Xarici dillər kafedrasının əməkdaşları Gülarə Teymurova və Əməkdar müəllim Maral Qəndilova mövzu ətrafında fikirlərini bildiriblər.

Seminarda AzTU-nun tələbələri də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.