ELM VƏ TƏHSİL


Onlayn sorğunun nəticələri: müəllim peşəsinə maraq artıb

Bakı, 15 yanvar, AZƏRTAC

Təhsil Nazirliyinin saytında keçirilən “2018-ci ildə təhsil sahəsində ən uğurlu yeniliklər hansılardır?” sorğusu başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bir ay davam edən onlayn sorğuda 1483 nəfər iştirak edib. Onlardan 609-u müəllim peşəsinə marağın artmasını, 306-sı “Təhsil haqqında” Qanuna edilən dəyişiklikləri, 248-i birinci siniflərə elektron qəbulun aparılmasını, 153-ü məktəbəhazırlığın əhatəsinin genişlənməsini 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik hesab edib. Habelə sorğuda iştirak edən 91 nəfər ali təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsini, 76 nəfər nüfuzlu elmi jurnallarda Azərbaycan alimlərinin məqalələrinin dərc olunmasını ötən il təhsil sahəsində ən uğurlu yenilik kimi dəyərləndirib.

Beləliklə, sorğunun nəticəsinə əsasən, 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik müəllim peşəsinə marağın artması olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.