ELM VƏ TƏHSİL


Onlayn tədrisin təşkilində İnformasiya Texnologiyaları İnstitutunun texniki imkanlarından istifadə edilir

Bakı, 17 sentyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti müzakirə edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun tədris fəaliyyətinin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar tələblərinə və Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən həyata keçirildiyini diqqətə çatdırıb.

Akademik xatırladıb ki, magistratura pilləsinə qəbul olunmuş tələbələrə ingilis dili, psixologiya, pedaqogika və fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub. Bu məsuliyyətli vəzifə həmişə olduğu kimi, cari ildə də layiqincə yerinə yetirilməli, koronavirus pandemiyası Tədris-İnnovasiya Mərkəzinin fəaliyyətinə mane olmamalıdır. Onlayn tədrisin yüksək səviyyədə təşkili üçün institutun texniki imkanları və elmi potensialından maksimum istifadə edilməlidir.

Qeyd olunub ki, magistrantlar üçün digər ümumi fənlər növbəti semestrdə tədris ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.