ELM VƏ TƏHSİL
Onlayn təlim: Karyera planlaması
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera mərkəzi ilə “Hoffman CO” şirkətinin əməkdaşlığı çərçivəsində “Karyera planlaması” mövzusunda onlayn təlim keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, karyera işləri üzrə beynəlxalq dərəcəli ekspert Vüqar Hüseynli tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, məzunların işə qəbulunda düzgün karyera seçimi və təcrübə proqramlarında iştirak etməklə uğurlu irəliləyişə nail olmaq mümkündür.
Vüqar Hüseynli, həmçinin CV yazarkən diqqət edilməli məqamları nəzərə çatdırıb.
Daha sonra “Uğurlu müsahibə” adlı videoçarx nümayiş olunub. Təlimdə iştirak edən AzTU-nun Karyera mərkəzinin mütəxəssisi Elcan Qurbanov universitetdə tələbə və məzunların karyera imkanlarının artırılması ilə bağlı görülən işlərdən danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]