İDMAN


“Opera Euro Rapid”: Teymur Rəcəbovun üçüncü yer uğrunda rəqibi bəlli olub

Bakı, 13 fevral, AZƏRTAC

“Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlı turnirinin üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, şahmatçımızın rəqibi yarımfinalda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenə məğlub olan fransalı Maksim Vaşye-Laqrav olacaq. Finalda isə Maqnus Karlsen Uesli So ilə üz-üzə gələcək.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.