MƏDƏNİYYƏT


Opera müğənnisi Dinarə Əliyeva Latviya jurnalına müsahibə verib

Riqa, 5 dekabr, AZƏRTAC

Dekabrın 7-də Latviya Dövlət Opera Teatrında nümayiş olunacaq Cakomo Puççininin “Qaranquş” operasında baş rollardan birini azərbaycanlı soprano Dinarə Əliyeva ifa edəcək.

Konsert öncəsi Latviyanın “Kultūrzīmēm” jurnalında dərc edilən Dinarə Əliyeva ilə müsahibədə onu “Səsi tanrının hədiyyəsi olan müğənni” kimi təqdim ediblər. Yazıda azərbaycanlı sopranonun opera səhnələrindəki uğurları barədə geniş məlumat yer alıb.

AZƏRTAC müsahibədən bəzi məqamları oxucularla bölüşür:

- Latviya Dövlət Operasında siz “Traviata”, “Yevgeni Onegin”, “Trubadur” kimi operalarda aparıcı partiyaları ifa etmisiniz. Riqa səhnəsindən ən yaddaqalan məqamlar hansılardır?

- Riqada mən Motsartın “Don Juan” operası ilə debüt etmişəm. O vaxt rejissor Andrey Jaqars məndən soruşdu: “Elviranın partiyasını bilirsənmi?” Cavab verdim ki, yox, amma öyrənəcəyəm! Bu rol mənimçün dönüş oldu, çünki Elviranı növbəti dəfə Motsartın vətəni Vyanada ifa etdim.

- Həyatınızın hansı məqamında operaya gəlmək qərarı aldınız?

- Mən musiqi ilə sıx bağlı olan ailədə böyümüşəm. Atam teatrda işləyirdi, onun mükəmməl musiqi duyumu vardı. Anam isə uşaq xorunda çalışırdı. Anamın valideynləri Dağıstanın tanınmış rəqqasları olub.

...Təəssüf ki, mən Azərbaycan dilində yaxşı danışa bilmirəm. Bu dil çox gözəl və axıcıdır. Bakı üçün çox darıxıram. Sonuncu dəfə doğma şəhərimdə 6 il əvvəl, Plasido Dominqo ilə birlikdə olmuşam. Azərbaycan bu gün sürətlə inkişaf edir, o hər gün dəyişir. Bakı gözəlliyi ilə Avropanın ən möhtəşəm şəhərlərindən belə geri qalmır.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.