MƏDƏNİYYƏT
Opera müğənnisi Oya Ergün orqançı Cəmilə Cavadova-Spitsberq ilə birlikdə Hyustonda konsert verib
Bakı, 4 iyun, AZƏRTAC
Türkiyəli opera müğənnisi Oya Ergün dünya şöhrətli orqançı Cəmilə Cavadova-Spitsberq ilə birlikdə ABŞ-ın Hyuston şəhərində konsert verib.
AZƏRTAC xəbər verir ki, konsert şəhərin “Christ the King” lüteran kilsəsində Türkiyənin Hyustondakı Baş Konsulluğu, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, SOCAR və Türk Hava Yollarının dəstəyilə keçirilib.
Tamaşaçıların sırasında Türkiyənin Hyustondakı baş konsulu Ferhat Alkan, Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova, diplomatik korpusun nümayəndələri və amerikalı sakinlər olublar.
Oya Ergün internet vasitəsilə açıqlamasında 1000-dən çox tamaşaçının iştirak etdiyi konsertin anşlaqla keçdiyini bildirib. Diqqətə çatdırıb ki, iki saat yarım davam edən konsert Los Anceles şəhərində də olub. İfaçı bununla bağlı yaxın günlərdə mediaya məlumat verəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]