MƏDƏNİYYƏT


Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun” operası ilə açacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni -109-cu teatr mövsümünü sentyabrın 19-da Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Məcnun rolunu Xalq Artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist Arzu Əliyeva ifa edəcək.

Tamaşada digər rolları Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, Sabir Əliyev və başqaları canlandıracaq.

Səhnə əsərini dirijor Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edəcək.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq digər tamaşa - Q.Qarayevin “Yeddi gözəl” baleti isə sentyabrın 24-də təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.