MƏDƏNİYYƏT


Opera və Balet Teatrı mövsümü açıq elan edib

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü Ü. Hacıbəylinin “Koroğlu” üçpərdəli operası ilə açıb.

AZƏRTAC xəbər verir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb.

Bundan başqa, səhnə əsərində digər rolları teatrın aparıcı solistlərindən Əməkdar artistlər Afaq Abbasova (Nigar) Cahangir Qurbanov (Həsən xan), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), solist Taleh Yahyayev (Ehsan paşa) və başqaları ifa ediblər.

Operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.