MƏDƏNİYYƏT
Opera və Balet Teatrı yeni mövsümü “Leyli və Məcnun” operası ilə açıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünü Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açıb.
AZƏRTAC xəbər verir ki, tamaşa bu il 10-cu dəfə keçirilən Ü.Hacıbəyliyə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunub.
Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa ediblər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.
Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]