MƏDƏNİYYƏT


Opera və Balet Teatrında “Viva opera” adlı qala-konsert keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Viva opera” adlı qala-konsert olub.

AZƏRTAC xəbər verir ki, konsert teatrın aparıcı solistlərinin ifasında təqdim edilib.

Qala-konsertdə Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, teatrın solistləri Nina Makarova, Taleh Yahyayev və teatrın xor kollektivi iştirak ediblər.

Konsertdə C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səslənib.

Proqramı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev və teatrın simfonik orkestri müşayiət edib.

Qala-konsert operasevərlər tərəfindən alqışlarla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.