MƏDƏNİYYƏT


Opera və Balet Teatrında "Qız qalası" buraxılış- tamaşası nümayiş etdirilib

Bakı, 13 iyun, Xaruqə Məmmədova, AZƏRTAC

Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin “Qız qalası ” baleti nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyasının buraxılış kursunun tələbələrinin iştirak etdiyi səhnə əsəri maraqlı dekorasiyası, tələbələrin məharətli çıxışı ilə yadda qalıb. Bədii rəhbəri Kamilla Hüseynova olan tamaşada rolları kollecin klassik və xalq bölmələrinin tələbələri - solistlər Zəhra Tanrıverdiyeva, Murad Kərimov və Seymur Qədimov ifa ediblər.

Əfrasiyab Bədəlbəylinin şah əsəri olan "Qız qalası" baleti milli Azərbaycan baletinin ilk nümunəsidir. Xalq rəqsi ilə klassik musiqinin üzvi sintezini həyata keçirən bəstəkar bu əsəri ilə milli xoreoqrafiyanın əsasını qoyub. Bəstəkar "Qız qalası" baletini ilk azərbaycanlı balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadəyə həsr edib. Baletin ilk nümayişi isə 1940-cı il aprelin 16-da olub. Həmin vaxtdan tamaşa teatrın repertuarında geniş yer tutur, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.