MƏDƏNİYYƏT


Opera və Balet Teatrının səhnəsində iki balet maraqla izlənilib

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Pyotr Çaykovskinin “Romeo və Cülyetta” birpərdəli baleti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, quruluşçu baletmeysteri ukraynalı xoreoqraf Georgi Kovtun olan səhnə əsərində Romeo obrazını Murad Kərimov, Cülyettanı isə Liana Praga canlandırıb.

Balet Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə edilib. Bu gün teatrsevərlər, həmçinin “Şəhrizad”ı da izləyiblər.

Quruluşçu baletmeysteri Tamilla Şirəliyeva olan səhnə əsərində Nigar İbrahimova, Samir Səmədov, Faiq Qubadov və Fərid İbrahimov çıxış edib. Xronometrajları 35 dəqiqə olan səhnə əsərlərinin maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı baletləri daha baxımlı edib, səhnə əsərləri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.