MƏDƏNİYYƏT


Opera və Balet Teatrının solisti, filippinli ifaçıya Azərbaycan mahnısını öyrədəcək

Bakı, 12 avqust (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Vüsalə Musayeva ustad dərsi keçəcək.

Bu barədə AZƏRTAC-a məlumat verən xanəndə bildirib ki, Filippinin məşhur opera ifaçısı Lea Salonqaya Azərbaycan mahnısını öyrədəcək. 2012-ci ildə “San Francisco World Music Festival”ın əsas siması kimi tərəf müqabilim İlkin Əhmədovla “Leyli və Məcnun” tamaşasında çıxış etdik. Bir müddət əvvəl isə həmin festivalın təşkilatçıları məni ustad dərsi keçməyi təklif etdilər. Qürurverici haldır ki, məşhur bir sənətçiyə Fikrət Əmirovun “Göy göl” mahnısını öyrədəcəm. L.Salonqa bu mahnını noyabrda keçiriləcək festivalda ifa edəcək. Dərslər sentyabrdan başlayacaq və skayp vasitəsilə aparılacaq. Artıq mahnının notlarını və sözlərini ona göndərmişəm.

Xanəndə onu da bildirib ki, “San Francisco World Music Festival”ın çəkiliş qrupu gələn ay Bakıya gələcək və onunla bağlı proqram hazırlayacaq. Bundan sonra L.Salonqanın azərbaycanlı müəllimi haqqında xarici KİV-də məlumatlar yayımlanacaq.

Qeyd edək ki, L.Salonqa məşhur “Mulan” cizgi filmində mahnıları səsləndirən əsas ifaçıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.