MƏDƏNİYYƏT


Opera və Balet Teatrının yaradıcı heyəti Şəkidə çıxış edib

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə qastrol səfərində olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaradıcı heyət “İpək yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası ilə çıxış edib. Uğurla təqdim edilən səhnə əsəri Şəkidəki Yuxarı Karvansaray abidə kompleksində açıq havada izlənilib. Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevanın idarə etdiyi səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeysteri Sevzixan Serderovdur. Operada rolları teatrın gənc solistləri - Əməkdar Artist Elnur Zeynalov (Kərəm), televiziya muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Əsli), Taleh Yahyayev (Qara Keşiş), Nurlan Namazov (Şah), habelə Əməkdar Artist İsmayıl Ələkbərov, solistlərdən Mütəllim Dəmirov, Nəzər Bəylərov ifa ediblər. Xanəndələri tarda Əməkdar Artist Elxan Mansurov müşayiət edib.

Tamaşadan sonra festivalın bədii rəhbəri, Xalq Artisti Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov teatrın rəhbərliyinə və kollektivə yüksək səviyyəli çıxışlarına görə təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.