Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Operativ Qərargah: Ölkə üzrə xüsusi karantin rejiminin iyulun 1-dək uzadılmasına qərar verilib

Operativ Qərargah: Ölkə üzrə xüsusi karantin rejiminin iyulun 1-dək uzadılmasına qərar verilib

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi müsbət çıxmış 8191 nəfər aşkarlanıb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıdakıları qərara alır:

• 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda, yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);

• 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir;

• sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilər.

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

• siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

• hüquq mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;

• xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

• sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

• kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

• elektrik enerjisinin istehsalı və təchizatı;

• meliorasiya və su təsərrüfatı;

• rabitə xidmətləri;

• teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

• dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

• boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

• fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

• neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

• çörək məsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);

• fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər;

Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda, dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

COVID-19 virusu ilə mübarizədə, insanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdə həmrəylik nümayiş etdirdiklərinə görə vətəndaşlarımıza bir daha təşəkkür edir, özünüzün və yaxınlarınızın səhhəti naminə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə çağırırıq.

Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda, kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

FHN Bakı və Sumqayıtda qanunsuz tikintilərin qarşısını alıb

XİN: Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı irəli sürdüyü növbəti iddialar tamamilə əsassızdır

Riad Əhmədovun bacısı: Qardaşım kimi vətənpərvərlərin həyat və döyüş yolları gənclərə örnəkdir

Alimlər: Kainatda həyat əlamətlərinin tapılması zaman məsələsidir

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib YENİLƏNƏCƏK

Lerikdə maarifləndirici görüş: Narkomaniyaya yox deyək

DTX-nin rəis müavini: Riad Əhmədovun tapılması istiqamətində müxtəlif vaxtlarda Ermənistanın rəhbərliyi ilə danışıqlar olub

UNEC-in qalib olduğu qrant layihəsinin təqdimatı keçirilib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınıb

Cəbrayılda inşa ediləcək inzibati binaların fasadında müasirlik və millilik ahəngi yer alacaq

Abşeronda bıçaqlanma hadisəsi baş verib, bir nəfər ölüb

II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü Bakıda keçirilir

Milli Dram Teatrında “Dantenin yubileyi”nin məşqləri davam edir

Aydın Kərimov: Şuşada çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulmayıb

Hərbi institutun orkestr heyəti Bursada keçirilən beynəlxalq festivalda iştirak edir

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilir

Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün müsahibələrdə 469 nəfər uğur qazanıb

FHN: Ötən sutka ərzində dördü azyaşlı olmaqla 10 nəfər xilas edilib

BDU-nun Meksikada çalışan tanınmış məzunu Fizika fakültəsində seminar keçirib

DYP Bakıda keçiriləcək beynəlxalq tədbirlə bağlı paytaxt sakinləri və sürücülərə müraciət edib

Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi ilə bağlı pilot layihənin ikinci fazasına başlanılıb

Nazir müavini idman idarələrinin rəisləri ilə görüşüb

Məktəblərdə öyrənmə mühitinin təşkilinə dair yeni metodik vəsait

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri beynəlxalq müsabiqədə iştirak ediblər

Yeni toplanmış materiallar əsasında “Qərbi Azərbaycan folklor örnəkləri” toplusu çapa hazırlanır

Milli Dram Teatrı “Sənsiz” tamaşasının premyerasına hazırlaşır

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya qurğularının videogörüntüləri VİDEO

BDU-nun Tələbə Gənclər Təşkilatının “Price” Xarici Dillər Klubu təlimlərə başlayıb

Azərbaycan COP 28-də ölkə pavilyonu ilə iştirak edəcək

Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib

Lənkəranda mal-qara oğurluğu edən şəxslər saxlanılıb

Pakistanda məsciddə baş verən partlayışda 5 nəfər ölüb, 10 nəfər yaralanıb

Avstriyanın Baden şəhərində Azərbaycan cazı səsləndirilib

MN: Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir VİDEO

Avrokomissiya, İtaliya və Fransa liderləri “köhnə qitə”də dərinləşən miqrasiya problemini müzakirə ediblər

Afrika ölkəsində keçirilən gözəllik müsabiqəsində ağdərili qadın qalib gəlib

Azərbaycanda aqrar-sənaye məhsullarının yaratdığı dəyər 32 faizdən çox artıb

Moldovada Aİ-yə üzvlük planı ictimai müzakirəyə çıxarılıb

Zimbabvedə mədən çöküb, azı 6 nəfər ölüb

BMT Baş Assambleyasının sədri Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

Blinken Serbiya-Kosovo gərginliyinin azaldılmasının vacibliyini vurğulayıb

Ukrayna elektrik infrastrukturunun yenidən qurulması üçün 1 milyard dollardan çox vəsait toplayıb

Bu il Aralıq dənizi ilə Avropaya keçməyə cəhd edərkən 2500-dən çox insan ölüb

Aviabiletləri nə vaxt almaq sərfəlidir?

İsveçrə Aİ-nin İrana qarşı yeni sanksiyalarına qoşulub

Somalidə terrorçu-kamikadzenin hücumu nəticəsində 7 nəfər ölüb

“Çelsi” Osimxenə görə 170 milyon avro ödəməyə hazırdır

NATO Kosovodakı şəxsi heyətinin sayını artırır

“Azərkosmos” səkkiz ayda 12,7 milyon dollar dəyərində xidmət ixrac edib

Gələn il Gürcüstanın dövlət büdcəsi 27 milyard 800 milyon lari olacaq

ABŞ kimyəvi silahların məhv edilməsinə 50 milyard dollardan çox vəsait xərcləyib

MDB platformasında psixiatrik və narkoloji yardımın göstərilməsinin mükəmmələşdirilməsi məsələləri müzakirə olunub

Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Oktyabrda Bakıda növbəti “Baku Fintech Forum 2023” keçiriləcək

Rotterdamda atışmada 3 nəfər ölüb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tərəfdaşların növbəti iclası keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zaqatalada vətəndaşlarla görüşəcək

MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Mingəçevirdə qətl törədilib

Sumqayıtda yaşayış binasında partlayış olub, 2 nəfər xəsarət alıb

İkili standartlar müasir dünya reallıqlarının acı təcəssümüdür

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt" komandasını darmadağın edib

“Üç dəniz əfsanəsi” filminin təqdimat mərasimi olub

Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri VİDEO

Türkiyə və Gürcüstanın parlament sədrləri regiondakı vəziyyəti müzakirə ediblər

“Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi uğurla başa çatıb

Cəsarət Əhmədov: Gənc idmançıların vətənpərvər ruhda böyümələri federasiya rəhbərlərinin qarşısında əsas vəzifə kimi qoyulmalıdır

Fərid Qayıbov: "Sağlam məhəllə" layihəsi uşaqların idmana həvəs göstərməsində faydalıdır

İcma: Simonyanın Avropa Şurası parlament rəhbərlərinin Avropa konfransındakı böhtan dolu çıxışını qınayırıq

İlham Əliyevin sirri

Azərbaycanın uğurlarının xronologiyasına baxsaq, Prezident İlham Əliyevin hər bir vədinin arxasında real addımın dayandığını görürük

Nyu-Yorkda yağış səbəbindən fövqəladə vəziyyət elan edilib

Bakıda “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminar keçirilir

Qarabağ bölgəsi ilə bağlı İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndiyə səfəri nəzərdə tutulub

Xocəsəndə "Sağlam məhəllə”nin açılışı olub

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-3 VİDEO

II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağalı ilə tanış olublar

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Lənkəranda avtomobil 76 yaşlı kişini vurub

Postsovet məkanında separatizmin başının əzildiyi ilk geostrateji məkan məhz Azərbaycan oldu – RƏY

Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Rusiya Xalq Təsərrüfatının İdarəedilməsi və Dövlət Qulluğu Akademiyasının nümayəndələri ADPU–da olublar

II Azərbaycan Milli Şəhərsalma Forumu plenar sessiyalarda işini davam etdirib VİDEO YENİLƏNİB

Ağacların quruması və qəzalı vəziyyətə düşməsi qısa müddətdə baş vermir

AMEA-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib VİDEO

Azərbaycan və Ukrayna parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

MN: Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Ermənistanın regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırılıb

Sentyabrda İtaliyada inflyasiya 5,3 faiz olub

DSX: Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb

İspaniyada Avropanın ən qədim ayaqqabıları tapılıb

“Səbail” klubu legioneri ilə müqavilənin müddətini uzadıb

Beynəlxalq konfransda Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışılıb VİDEO

QHT sədri: Naxçıvan görüşü Türkiyə-Azərbaycan strateji münasibətlərinin vahid konsepsiyasını ortaya qoydu

Gülnarə Xəlilovanın kolleksiyaları TÜRKSOY-un 30 illiyində Özbəkistan və Qazaxıstanda təqdim olunub

® Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşunuz!

Energetika naziri Naxçıvanda şirkət rəhbərləri ilə görüşüb