Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

Bakı, 2 iyul, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

• 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

● Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək, həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti - Zəng Mərkəzi vasitəsilə)

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq-mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da qaçqınlara yardım edən təşkilatlara vəsait ayrılması dayandırılıb

Luvr muzeyi ilə bağlı təklif narazılıq yaradıb

Gürcüstan dövləti dini icmalara maliyyə yardımı ayırıb

Ekspert: Türkiyə və Azərbaycan ilə mehriban və yaxşı münasibətlər Gürcüstan üçün xüsusilə vacibdir

Premyer Liqa: "Mançester Siti" "Çelsi"ni məğlub edib

Almaniyanın müxtəlif şəhərlərində on minlərlə əhali sağ ekstremizmə qarşı etiraz mitinqlərinə qatılıb

Belarusda prezident seçkilərində erkən səsvermə başa çatıb, seçicilərin 41,81 faizi səs verib

Superliqa: "Qalatasaray"dan vacib qələbə

Bundesliqa: “Bayer Leverkuzen”in 8 oyunluq qələbə seriyasına son qoyulub

İspaniya La Liqası: "Atletiko Madrid" çempionluq yolunda itki ilə üzləşib

Premyer Liqa: "Liverpul" və "Arsenal" turu qələbə ilə bitirib

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb

Bakıda Çin Yeni ilinin qeyri-maddi mədəni irsi ictimaiyyətə təqdim olunub

İtaliya A Seriyası: "Atalanta" səfərdə üç xal qazanıb

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

"Neftçi" "Araz-Naxçıvan"la oyuna itkilərlə çıxacaq

Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb

Cənubi Koreya məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

Hakim Rüstəm Cəfərov: Azərbaycanda qar voleybolunun gələcəyi ilə bağlı nikbinəm

Əməkdar məşqçi: Azərbaycanda ağırlıqqaldırma idman növü yüksək səviyyədə inkişaf edir

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub VİDEO

Münxendə 23 polis avtomobili yandırılıb

Azər Əmiraslanov: Belarusda seçkilərə hazırlıq yüksək qiymətə layiqdir

Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb

Davos Forumu Azərbaycanın imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır RƏY

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan qlobal elitaların toplaşdığı Davos Forumunun əsas iştirakçılarından biridir ŞƏRH

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq XƏBƏRDARLIQ

AMEA-nın Gəncə Bölməsinin elmi və təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Yerli cəmiyyətin əxlaqi dəyərləri və sosial media təzyiqi: qlobal mesajların gələcək nəsillərin əxlaq anlayışına təsiri - RƏY

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilib

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı keçirilib

Türkiyədə çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib

Qazaxıstanda neft bazasında partlayış olub

Türkiyə eksperti: Ermənilər Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” mifini təbliğ edirlər

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO

Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Akademik: Qarabağa, Şuşaya, Qərbi Azərbaycana və Qafqaz Albaniyasına həsr olunmuş 35-dən çox elmi iş araşdırılıb

FHN internat tipli ümumtəhsil məktəbində təlim təşkil edib

Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

Rumıniyalı məşqçi yenidən "Neftçi"də işləyəcək

Avroliqa: “Fənərbağça” qalib gəlib, “Barselona” məğlub olub

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Quba, Xaçmaz və Qusar sakinləri ilə görüşünün vaxtı dəyişdirilib

"Azercell" və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsinə start verir

Roma Papası İtaliyada ən güvənilən ictimai xadimdir - SORĞU

Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY

Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO

“Hərbçilər qardaşımın barmağını kəsib nişan üzüyünü götürmüşdülər” - Neftçalanın Qara Yanvarı VİDEO

Avrasiyanın “quru körpüsü” Horqos Çin-Avropa yük daşımalarının vacib nöqtəsidir VİDEO

Qanunsuz saxlanılan 4 avtomat, 10 tüfəng və 453 ədəd müxtəlif çaplı patron aşkarlanıb

“AzerGold” ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

“Ordubad” əmtəə nişanlı bal məhsulu utilizasiya edilib

Ötən gün ölkə ərazisində qeydə alınan 44 cinayətin üstü açılıb

Ağsuda silahlı narkokuryerlər saxlanılıb

Faktiki hava açıqlanıb

Azərbaycanda ilk dəfə keçirilən qar voleybolu üzrə ölkə çempionatı start götürüb VİDEO

Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Misli Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib

Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub

Alimlər Altsheymer xəstəliyinə səbəb ola biləcək nadir genetik mutasiya aşkarlayıblar - ARAŞDIRMA

Pit Heqset Pentaqonun yeni rəhbəri vəzifəsinə təsdiqlənib

Britaniyalı nazir ABŞ-ın Britaniyaya tarif təzyiqlərinə etiraz edib

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

Çin və ABŞ-ın baş diplomatları arasında telefon danışığı olub

Dövlət Departamenti ABŞ-ın bütün xarici yardımlarını dayandırıb

Ciddə limanında bir milyondan çox psixotrop həb müsadirə edilib

Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edilib - YENİLƏNİB

“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb VİDEO

Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib

Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb

Azərbaycan və Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

“Kəpəz” yeni futbolçu transfer edib

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb