Azərbaycan Dövlət İnformasiya Agentliyi

Operativ Qərargah: Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib

Operativ Qərargah: Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib

Bakı, 15 may, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda bildirilir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

• yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;

• restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda, xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

• muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;

• 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

• yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

• bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

• “ASAN xidmət” və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

• dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

• toy məclislərinin təşkilinin qadağan olunması;

• bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

• tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

• ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

• muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılması;

• ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• masaj və hamam xidmətlərinin göstərilməsi.

Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan, COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN-in Şimal Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib

Əbu-Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir - ŞƏRH

Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Paytaxt küçələri yenidən yuyulub

Azərbaycan ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib

Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyəcək

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb

Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bakıda "Yeddi Gözəl” İpək Kəlağayı Kolleksiyasının təqdimatı olub

Hər foto bir dövrün izini qoyur - Ümumdünya Fotoqraflar Günündə peşəkar fotoqrafla SÖHBƏT

Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb

ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb

Səbrin sonuncu damlası - Tovuz döyüşləri

Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək

İsmayıllıda zəlzələ olub

İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür

Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib

Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir

Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib

Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır

Deputatların təşəbbüsü ilə vəkillər daha 5 rayonda vətəndaşlara hüquqi yardım göstəriblər

Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb

"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb

"Atletiko"nun sabiq futbolçusu "Turan Tovuz"a keçib

"Qarabağ" növbəti transferini həyata keçirib

Almaniya hökuməti sualtı qayıqlar istehsalı şirkətində təhlükəsizlik maraqlarını gücləndirmək niyyətindədir

Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir

Laçında ceyran balasına süd verərkən görüntülənib

ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib

Dağıstanında sudan kütləvi zəhərlənmədən sonra kommunal təsərrüfat rəhbəri həbs edilib

Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu

Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyib

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

Azərbaycan əraziləri Ermənistanın işğalı altında olan zaman əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ

“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb

Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

YAP-ın təşkilatçılığı ilə “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub

Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub

Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb

Tural Gəncəliyev: Sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır

Londonda 17 mərtəbəli binada yanğın başlayıb

Süleymaniyyədə PKK terrorçularının tərk-silah prosesinin ikinci mərhələsi olacaq

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar  YENİLƏNİB FOTO

Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib

Koalisiya hökumətində yer alan partiyalar arasında Konstitusiya Məhkəməsinə hakim təyinatı məsələsində fikir ayrılığı yaranıb

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib

“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,6 milyard manatlıq məhsul satılıb

Xocasəndə 20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub

İqtisadi Şuranın iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Deputat: Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib

Növbəti depozit hərracları keçirilib

Yanvar-may aylarında Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

AQTA: Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb

Bakı, Sumqayıt, Lənkəran və Xaçmazda ağac və kolların qanunsuz kəsilməsi faktları aşkarlanıb

TƏBİB: Bakı, Sumqayıt və Abşerondakı nümunəvi tibb müəssisələrinin region xəstəxanalarına dəstək göstərməsi nəzərdə tutulub

Bakı şəhərinin Baş planının icrası istiqamətində görülən işlər müzakirə edilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Fərdi sahibkarların sayı 1 milyon 416 mini ötüb

Dünya Seriyası: Azərbaycan millisinin Sinqapur və Ukrayna ilə oyunlarının saatı bəlli olub

Bank və digər kredit təşkilatlarının kredit portfeli 13,9 faiz artıb

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Birinci yarımildə hər sakin orta hesabla 670,7 manatlıq ödənişli xidmətlərdən yararlanıb

AAYDA sədri Kəlbəcər rayonunda həyata keçirilən yol layihələrinə baxış keçirib

Ölkədə 62 milyard manatlıq ÜDM istehsal olunub

Əhalinin nominal gəlirləri artıb

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir VİDEO

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir VİDEO

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi VİDEO

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi VİDEO

Əmanətlərin 67,3 faizi milli valyutada qoyulub

Komitə sədri Balakəndə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Roma şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında təmsil olunub

Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olub

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb

4SİM-in icraçı direktoru: "Sənaye 4.0" ekosistemi üçün beynəlxalq tərəfdaşlıqlar genişləndirilir

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət edən Monitorinq qrupu yaradılır

Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq

“AccessBank” və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

Laçından ilk dəfə poçt vasitəsilə İrlandiyaya məktub göndərilib

FHN avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətini dayandırıb

Ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib VİDEO

Ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib VİDEO

BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub