SİYASƏT


“Opinion Internationale”: Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vaxtıdır

Paris, 20 sentyabr, AZƏRTAC

Fransanın “Opinion Internationale” portalında “Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vaxtıdır” adlı məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın demokratik institutların və düşüncə tərzinin mövcud olduğu, davamlı inkişaf edən ölkə olduğu vurğulanır. Azərbaycanda müxtəlif dini konfessiyaların və millətlərin nümayəndələrinə bərabər imkanlar yaradıldığı və onların bütün hüquqlardan yararlandığı diqqətə çatdırılır.

Bildirilir ki, Azərbaycanı daha çox narahat edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa riayət edilməməsidir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, beynəlxalq qətnamələrdə Azərbaycanın tarixi ərazılərinin işğalı dəfələrlə pislənilib.

Qeyd edilir ki, yüzilliklər ərzində müxtəlif regionlardan köçürülmələr nəticəsində etnik disbalansa məruz qalan və məhz buna görə əhalisinin əksəriyyətini ermənilər təşkil edən Dağlıq Qarabağda Ermənistanın dəstəyi ilə separatçı rejim fəaliyyət göstərsə də, bu ərazilər beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində və BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnaməsində Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb edilir. Ancaq bu qətnamələr hələ də tətbiq edilməyib.

Məqalədə bildirilir ki, Azərbaycanın təkcə Dağlıq Qarabağ regionu deyil, həmçinin onun ətrafındakı 7 rayon da işğala məruz qalıb. İşğal altında olan ərazilərdə etnik təmizləmə aparılıb.

Vurğulanır ki, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılsa da, irəliləyiş yoxdur və Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmaqda davam edir. Beynəlxalq hüquq normalarının pozulması regional təhlükəsizlik və sabitlik üçün təhdid yaradır. Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınmış əhalinin öz doğma evlərinə qayıtması kimi ayrılmaz hüququ bu müddət ərzində tapdalanır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.