CƏMİYYƏT


“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu təsdiqlədi ki, Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib

Bakı, 11 aprel, AZƏRTAC 

Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri bir daha təsdiqlədi ki, Azərbaycan xalqı, vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz liderini dəstəkləyir.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli AZƏRTAC-a açıqlamasında deyib.

Azərbaycan xalqının ölkəmizdə bərqərar olmuş sabitliyi, respublikamızın dinamik inkişafını təmin edən siyasəti fəal dəstəklədiyini deyən E.Həsənli bildirib: “Dünyada, regionda yaşanan hadisələr göstərir ki, Azərbaycanda möhkəm və sarsılmaz sabitlik hökm sürür. Xalqımız bunu görür və yüksək dəyərləndirir. Bütün bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində mümkün olub. Bu gün sürətli inkişaf Azərbaycanda bütün sahələrdə aşkar hiss olunur. Respublikamızda yollar, uşaq bağçaları, məktəblər, xəstəxanalar, idman kompleksləri, hərbi hissələr yenidən qurulub. Bununla yanaşı, ölkəmizdə hərbçilərə, jurnalistlərə, məcburi köçkünlərə, aztəminatlı ailələrə yeni mənzillər verilib, Milli qəhrəmanlara, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, müharibə veteranlarına, şəhid ailələrinə xüsusi güzəştlər tətbiq olunur, Prezident təqaüdləri verilir. Ümumiyyətlə, Azərbaycanda bütün kateqoriyadan olan insanlara ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Minimum əməkhaqlarının, pensiyaların artırılması bunun bariz nümunəsidir. Təbii ki, bu diqqət və qayğı ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir”.

E.Həsənli Prezident İlham Əliyevin yürütdüyü siyasəti fəal şəkildə dəstəkləyənlər arasında gənclərin xüsusilə fərqləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan dünyada gənclər ölkəsi, idman ölkəsi kimi tanınır. Azərbaycan gənclərinin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları, ən mötəbər arenalarda qazandıqları qələbələr, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, fəallıqlarının və beynəlxalq əlaqələrinin artırılması sahəsində görülən işlər ölkə gənclərinin də öz liderləri ətrafında sıx birləşərək onun yürütdüyü siyasəti fəal şəkildə dəstəkləməsində mühüm rol oynayır. Bu, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına da əlverişli şərait yaradır. Məhz bu amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğunun nəticələri Azərbaycan xalqının, o cümlədən gənclərimizin öz liderini fəal şəkildə dəstəklədiyini obyektiv əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.