CƏMİYYƏT


“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın Prezident İlham Əliyevə etimadının bariz göstəricisidir

Bakı, 9 aprel, AZƏRTAC

Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın Prezident İlham Əliyevə inamının və etimadının bariz göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

R.Alıyev deyib ki, “Opinion Way” şirkətinin Azərbaycanın demək olar ki, bütün bölgələrində apardığı rəy sorğusunda iştirak edən respondentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini qəti şəkildə bəyan ediblər. Bu, xalqımızın dövlətimizin başçısına sevgisinin, onun yürütdüyü siyasətə dəstəyinin ifadəsidir. Əlbəttə, bu sevgi və inam asan əldə olunmayıb. Çünki ölkə əhalisinin dəstəyini qazanmaq üçün xalqa sədaqətlə xidmət etmək, əhalinin rifahını yaxşılaşdırmaq, daim islahatlar aparmaq, ölkəni dünyada baş verən siyasi və iqtisadi böhranlardan qoruya bilmək, vətəndaşların təhlükəsiz yaşayışını təmin etmək lazımdır. Dünya ölkələrinə baxsaq, çox az dövlət başçısının bu çətin vəzifələrin öhdəsindən gəldiyini görə bilərik. Bu gün Azərbaycanın dinamik inkişafı və əldə etdiyi uğurlar, ölkə əhalisinin rifah halının gündən-günə yaxşılaşması və digər amillər göstərir ki, Prezident İlham Əliyev yürütdüyü müdrik və qətiyyətli siyasətlə xalqımızın inamını, dəstəyini və sevgisini qazanıb.

“Bu gün ölkəmizdə hökm sürən möhkəm ictimai-siyasi sabitlik, ictimai asayişin yüksək səviyyədə qorunması həm vətəndaşlarımızın, həm də ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz yaşayışını təmin edib. Ölkəmizdə bütün sahələrdə həyata keçirilən dərin islahatlar, aztəminatlı əhalinin, o cümlədən şəhidlərimizin və Milli qəhrəmanlarımızın ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğı, pensiyaların, təqaüdlərin, müavinətlərin artırılması xalqımızın bütün təbəqələrinin yaşayışında hiss olunur. Bu, Azərbaycan vətəndaşlarının dövlətimizin başçısına inam, etimad və dəstəyini artırır. Bu, bir daha göstərir ki, xalq öz liderinə səs verib və onun yürütdüyü siyasəti fəal şəkildə dəstəkləyir. “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri də məhz xalqın bu inam və dəstəyini bir daha bütün dünyaya nümayiş etdirir”, - deyə politoloq bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.